RU

Atəşkəs olmayacaq: “Əgər dayanmasalar…”

“Kiyev Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi şərəfinə atəşkəs elan olunduğu günlərdə Rusiya Federasiyasına zərbə endirmək cəhdini davam etdirərsə, adekvat cavab veriləcək”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib. “Əlbəttə, Prezident Putinin bayram günlərində müvəqqəti atəşkəs təşəbbüsü aktualdır. Ali Baş Komandan tərəfindən müvafiq göstərişlər verilib. Amma burada mövqeyimizi xatırlatmaq istəyirəm. 

Atəş dayanacaq, lakin Kiyev rejimi tərəfindən qarşılıqlı münasibət olmasa, mövqelərimizə və ya obyektlərimizə zərbə endirmək cəhdləri davam edərsə, o zaman dərhal adekvat cavab veriləcək”,- deyə Peskov jurnalistlərə açıqlamasında bildirib. Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin qərarı ilə Qələbənin 80-ci ildönümü günlərində mayın 7-dən 8-nə keçən gecə saat 00:00-dan mayın 10-dan 11-ə keçən gecə saat 00:00-a qədər atəşkəs elan edilib. 

Избранный
0
2
cebheinfo.az

3Источники