AZ

Əgər Ukrayna atəşkəsə qarşılıqlı reaksiya verməzsə...

Kiyev Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə atəşkəs günlərində Rusiyaya zərbələr endirmək cəhdini davam etdirərsə, Rusiya adekvat cavab verəcək.

Publika.az xəbər veri ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təbii ki, prezident Putinin bayram günlərində müvəqqəti atəşkəs təşəbbüsü aktualdır. Və müvafiq göstərişlər Ali Baş Komandan tərəfindən verilib. Amma burada mövqeyimizi xatırlatmaq istəyirəm. Atəş dayandırılacaq, lakin Kiyev tərəfindən qarşılıqlı münasibət olmazsa, mövqelərimizə və ya obyektlərimizə zərbə endirmək cəhdləri davam edərsə, bundan sonra dərhal adekvat cavab veriləcək.

Qeyd edək ki, Rusiya prezidentinin qərarı ilə mayın 7-dən 11-i gecə yarısınadək Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edilib. Kremlin məlumatına görə, bu müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq.

Seçilən
0
2
publika.az

3Mənbələr