Premyer Liqanın 37-ci turunda keçirilməli olan "Aston Villa" - "Tottenhem"in matçının vaxtı dəyişilib.

Offsideplus.az xəbər verir ki, buna səbəb London klubunun Avropa Liqasının finalına yüksəlmə ehtimalıdır.

Avropa Liqasının finalı mayın 21-də keçiriləcək. Ona görə də bu görüşün vaxtı mayın 18-dən 16-na keçirilib.

Xatırladaq ki, "Tottenhem" ilk oyunda "Budyo-Qlimt"i 3:1 hesabı ilə məğlub edib. Cavab qarşılaşması iki gün sonra keçiriləcək.