RU

Ermənistanın ikinci müxalifət fraksiyası Paşinyanın impiçmentinə qoşulur

Ermənistan parlamentində ikinci ən böyük müxalifət fraksiyası olan “Mənim şərəfim var” ölkənin baş naziri Nikol Paşinyanın impiçmentinə qoşulmağa hazır olduğunu bəyan edib, lakin onun baş nazir postuna öz namizədinin olmadığını vurğulayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində jurnalistlərə açıqlamasında “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan bildirib.

"Mənim şərəfim var" fraksiyasının bütün deputatları baş nazirin impiçmenti proseduruna başlamağa hazır olduqlarını bəyan ediblər. Bizim siyasi qüvvəmiz heç bir ilkin şərt olmadan bunu etməyə hazırdır. Bununla belə, bizim baş nazir postuna namizədimiz yoxdur, mümkün variantları müzakirə etməyə hazırıq", - Mamicanyan bildirib.

Избранный
0
ucnoqta.az

1Источники