Porno aktrisa Şarlotta Laviş "İnter"in hücumçusu Markus Tyuramı ailədaxili zorakılıqda ittiham edib.
Laviş sosial mediada Tyuramın vurduğu xəsarətləri əks etdirən video yayımlayıb. Qız iddia edir ki, 2022-ci ildə futbolçu birlikdə şam yeməyi yedikdən sonra ona hücum edib, sonra onu otağa qapaqlayıb və yazılan videonu silməsini tələb edərək döyüb.
Laviş bildirib ki, o, videonu hadisədən 3 il sonra paylaşmağa qərar verib, çünki o, artıq ədalət sisteminə inanmır və Tyuramın cəzalandırılmayacağına əmindir.
27 yaşlı Tyuram Fransa millisinin tərkibində 2022-ci il Dünya Çempionatında gümüş medal qazanıb.
Almaz Həsənli