RU

Mertz kansler olmaq üçün ilk turda kifayət qədər səs toplaya bilmədi

Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) Fridrix Mertz birinci turda Almaniya Kansleri təyin edilmək üçün kifayət qədər səs toplaya bilməyib.

“Qafqazinfo” xəbər verir ki, Bundestaqda keçirilən seçkilər ölkə mediasında canlı yayımlanıb.

Xatırladaq ki, Almaniyada cari ilin fevralında Bundestaqa keçirilən növbədənkənar seçkilərdə Mertzin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) 28,6 faiz səslə qalib gəlib. Sabiq Kansler Olaf Şoltsun təmsil etdiyi “Sosial Demokrat Partiyası” isə 16,4 faiz səslə üçüncü pillədə qərarlaşıb.

Избранный
0
2
qafqazinfo.az

4Источники