RU

Belarusun Baş naziri Zəfər parkını ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Başnaziri Aleksandr Turçin mayın 6-da Bakıdakı Zəfər parkını ziyarətedib.

Trend xəbər verir ki, yüksəkqonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarusun Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklilqoydu.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyimisilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərinyaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsininəbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflıməlumat verildi.

Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidentiİlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı iləparkın açılışı olub.

Belarusun
Belarusun
Belarusun
Belarusun
Belarusun
Belarusun
Məqalədə:
Избранный
0
35
az.trend.az

7Источники