RU

“Çalışırdıq ki, onun övladı olduğumuzu gizlədək” – Fuad Poladovun qızı

“Optimizmini qoruya bilmədi. Bizim ailə üçün ən ağrılı olanı da bu idi ki, xəstəlik onun ən həssas yerini vurmuşdu: atam xəstə olan kimi səsini itirdi”.
Heftelik.az-ın məlumatına görə, bunu mərhum aktyor Fuad Poladovun qızı Fəridə Poladova “Kaspi”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bir aktyor üçün səsini itirmək onun karyerası üçün son deməkdir:
“Diaqnozu bilənə qədər səsinin qayıdacağına ümidi vardı. Amma biləndən sonra aydın oldu ki, səs qayıtmayacaq. Xəstəlik onun sənətinə dərhal təsir etməsəydi, bu bir il bəlkə də başqa cür keçərdi. Ona görə həm onun üçün, həm bizim üçün çox çətin bir il oldu”…
“Orta məktəbdə və ya institutda oxuyanda ətrafında Fuad Poladovun qızı olduğunu bilirdilər. Münasibət necə, dəyişirdi” sualına F.Poladova belə cavab verib:
“Mənim yaşıdlarım arasında atam çox da tanınmırdı. Onu daha çox yaşlı və orta nəsil tanıyırdı. Hətta həyat yoldaşım belə, atamın tanınmış aktyor olduğunu bilmirdi. Yalnız valideynlərindən soruşandan sonra xəbər tutmuşdu. Düşünsəm ki, həyatda Fuad Poladovun qızı olmaq bizə nə verib, ağlıma çox aydın olaraq gələn bir söz var: məsuliyyət. Mənim atamın övladı olmaq özü-özlüyündə məsuliyyət idi. Həmçinin fəxr hissi – bunlar yanbayan gedirdi. Onun nüfuzunu nəzərə almaq, müəyyənləşdirdiyi standartlara uyğun hərəkət etmək bir məsuliyyət idi. Bizdə həmişə belə bir hiss vardı ki, həyatda onun uşaqları olduğumuza görə nəyəsə nail olmayaq, yalnız öz bilik və bacarıqlarımıza görə seçilək. Həmişə çalışırdıq ki, Fuad Poladovun övladı olduğumuzu gizlədək. Biləndə də istəmirdik ki, buna görə bizə hansısa hörmət olunsun. Biz onun yolunu layiqli davam etdirmək istəyirdik. İstəyirdik ki, heç kəs Fuad Poladovun övladları haqqında pis fikir eşitməsin”.
Избранный
0
heftelik.az

1Источники