RU

"Azərbaycan və İran arasında münasibətlərdə yeni bir mərhələ başlayıb" - İran rəsmisi


İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə “Regional proseslər kontekstində Azərbaycan-İran münasibətləri” mövzusunda keçirilən müzakirələr zamanı mühüm fikirlər səsləndirib. İran rəsmisi bildirib ki, Azərbaycan bizim üçün xüsusi əhəmiyyətə malikdir. İki ölkəni bir-birinə bağlayan əlaqələr və ortaq hisslər mövcuddur.

O deyib ki, son günlər Azərbaycan və İran arasında münasibətlərdə yeni bir mərhələ başlayıb. Bu mərhələnin əsas səbəbi isə İran Prezidentinin Azərbaycana səfəri olub. “İran və Azərbaycan xalqları arasında süni maneələr aradan qaldırılmalı, əlaqələr daha yüksək səviyyəyə çatdırılmalıdır”, - deyə Səid Xətibzadə vurğulayıb.

Mətləb Salahov

Избранный
0
3
baki-xeber.com

5Источники