RU

Azərbaycanda I rübdə tikilən evlərin sayı məlum olub

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda ümumi sahəsi 751 min kvadrat metr olan 5309 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 2.4 dəfə və ya 3103 ədəd artıb. Belə ki, 2024-cü ilin müvafiq dövründə ölkədə ümumi sahəsi 316 min 516 kvadrat metr olan 2206 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Eyni zamanda hesabat dövründə 2277 yerlik 1 ümumi təhsil müəssisəsi istifadəyə verilib.

Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin sayı 4927 ədəd ( illik müqayisədə 2.5 dəfə çox), bina evlərinin sayı isə 382 ədəd ( illik müqayisədə 1.9 dəfə çox) təşkil edib.

Xatırladaq ki, bu mənzillərin 4927 ədədi əhali tərəfindən, 313 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 69 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.

Избранный
0
2
apa.az

7Источники