Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyən gömrükçü Əfsər Mirzəliyev və vətəndaş Səfər Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin müdafiəsinə yeni vəkilin qoşulduğu məlum olub.
Vəkil məhkəməyə müraciət edərək prosesin təxirə salınmasının istəyib. O, bugünkü iclasda iştirak edə bilməyəcəyini deyib.
Növbəti proses mayın 20-ə təyin olunub.
Bundan əvvəlki iclas da təxirə salınmışdı.