RU

“Gəncə Şərab-2” böyük mənfəət əldə etsə də, külli miqdarda vergi borcunu ödəmir

“Gəncə Şərab-2” ASC 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkət cari ildə 2 milyon 99,7 min manat xalis mənfəət əldə edilib. Bu, 2023-cü illə müqayisədə 8,5% və ya 195 min manat azalma deməkdir.

Ötən il şərab istehsal edən şirkət üçün əsas əməliyyat gəlirləri artsa da, daha çox diqqət maya dəyərinin daha sürətlə yüksəlməsi olub. 

Belə ki, 2024-cü ildə şirkətin əsas əməliyyat gəlirləri 18 milyon 729 min manat təşkil edib ki, bu da 2023-cü ilin 15 milyon 287 min manatlıq göstəricisi ilə müqayisədə 22,5% artım deməkdir. Satışın maya dəyəri isə 26,6% artaraq 15 milyon 542 min manata çatıb (2023: 12 milyon 274 min manat). Maya dəyərinin gəlirləri üstələyən artım tempi şirkətin ümumi mənfəətini 9,2% və ya 273 min manat azaldıb – 3 milyon 13 min manatdan 2 milyon 731 min manata enib.

Əlavə əməliyyat gəlirləri 2024-cü ildə 51 min manat (+82%) təşkil edib. Sair əməliyyat xərcləri isə 72,8 min manat olub ki, bu da illik əsasda 10,6% artım deməkdir.

Nəticədə əməliyyat mənfəəti əvvəlki ilə nisbətən 9% azalaraq 2024-cü ildə 2 milyon 709 min manat olub. 

2024-cü ildə valyuta kurs fərqindən gəlir əldə olunub – 495,4 min manat. Əvvəlki ildə isə şirkət bu bənd üzrə 602,2 min manat zərər etmişdi. Bu dəyişiklik maliyyə nəticələrinə əhəmiyyətli müsbət təsir göstərib.

Maraqlıdır ki, “Gəncə Şərab-2” ötən il 524,9 min manat mənfəət vergisi ödəyib. Bununla belə, hazırda şirkətin vergi borcu 692,7 min manat təşkil edir. Qeyd edək ki, şirkət vergi borcu ilə bağlı gecikmələrə yol verməsi əvvəllərdə müşahidə edilib. Mediayada yayılan məlumatlarda ASC-nin 2022-ci ildə 33 min manat vergi borcu olduğu qeyd edilir.

Xatırladaq ki, “Gəncə Şərab-2” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 62,6 milyon manat, qanuni təmsilçisi isə Saleh Nadir oğlu Babazadədir.

Избранный
0
valyuta.az

1Источники