RU

Keçmiş təmas xəttində, minalanmış ərazidən boylanan lalələr FOTO

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Füzuli, 6 may, Aydın Yavərzadə, AZƏRTAC

Torpaqlarımız işğal altında olarkən keçmiş təmas xəttinin bir hissəsi də Füzuli rayonunun Alxanlı kəndinin ərazisinə düşürdü. Uzun illər düşmən tapdağı altında qalan bu ərazilər minalarla, beton sədlərlə əhatələnib. Qəhrəman döyüşçülərimizin qanları-canları bahasına azad etdiyi, şəhid qanı ilə suvarılmış bu yerlərdən indi al qırmızı lalər boylanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 ilə yaxın Ermənistan hərbçilərinin işğalı altında qalan ərazilərimizdə düşmən tərəfindən yaradılan səddin bir hissəsi də Alxanlı kəndi ərazisinə düşürdü. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əks-hücumu məhz bu torpaqlardan başladı və düşmənin uzun illər dilə-dişə sığdırmadıqları “Ohanyan xətti” bir neçə saata yarıldı. İndi həmin ərazidən Zəfər yolu uzanır - həm Qarabağa, həm də Şərqi Zəngəzura qədər. Yolun kənarında Azərbaycan Ordusunun yardığı keçmiş təmas xəttinin izləri görünür. Təmas xəttinin yarıldığı ərazidə bitən lalələr sanki burada canlarını fəda edən və qanları bahasına torpaqlarımızı azadlığa qovuşduran qəhrəmanlarımızın xatirəsinə boy atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
icma.az

1Источники