RU

“Münasibətlərimizi təbii məcrasına qaytarmalıyıq” Səid Xətibzadə

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri tarixi səfər idi. Həmin səfərdən sonra ilk heyətdir ki, Azərbaycana səfər edir. Biz siyasi iradədən irəli gələrək əməkdaşlığı inkişaf etdirmək istəyirik”.

525.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə jurnalistlərə deyib.

O bildirib ki, iki ölkənin çoxvektoru və çoxşaxəli münasibətləri var: "Regionda İran və Azərbaycan kimi bir-birinə bağlı iki belə dövlət yoxdur. Biz eyni tarixi, eyni mədəniyyəti bölüşürük. Münasibətlərimizə yaradılan süni maneələri aradan qaldırıb,  münasibətləri təbii məcrasına qaytarmalıyıq".

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
icma.az

1Источники