RU

Əminəm ki, ədalət yerini tapacaq və icra olunacaq İran XİN başçısının müavini

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanın İrandakı səfirliyinə hücum acı bir hadisə idi. Bununla bağlı İranda çox geniş istintaq aparıldı, hüquq mühafizə orqanları birgə araşdırmalar həyata keçirdi".

525.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini

Səid Xətibzadə Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseyzadə ilə bağlı məhkəmə hökmünün icrası ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu hadisə iki millət üçün acı bir hadisə idi. Bununla belə iki dövlət və xalqlarımız  təmaslarını davam etdirdilər.

Nazir müavini deyib ki, işlə bağlı məhkəmə proseduru tam başa çatmalıdır, bu sahədə bütün işlər gedir: "Azərbaycan səfirliyi və vəkilləri məsələ ilə daim  maraqlanır. Əminəm ki, ədalət yerini tapacaq və  hökm icra olunacaq".

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
icma.az

1Источники