RU

ABŞ bu şəxslərə min dollar verecek

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

ABŞ Administrasiyası öz təşəbbüsü ilə ölkəni tərk edən qanunsuz miqrantlara min dollar ödəməyə başlayacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Departamentinin məlumatında qeyd olunub.

Miqrantların ödənişi ala bilməsi üçün bir neçə mərhələdən keçməsi tələb olunur: xüsusi "CBP Home" sistemində qeydiyyatdan keçmək, ABŞ-ni tərk etmək və sonradan ölkə xaricində olduqlarını təsdiqləmək. Bu prosedurlar tamamlandıqdan sonra onlara min dollar məbləğində ödəniş ediləcək.

Yeni yanaşmanın deportasiya xərclərini təxminən 70 faiz azaldacağı gözlənilir. Hazırda bir qanunsuz miqrantın tutulması, həbsdə saxlanılması və ölkədən çıxarılması ABŞ hökumətinə ortalama 17 121 dollara başa gəlir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
1
icma.az

2Источники