Vyetnam Qazaxıstanda hava limanı almağı və ya idarəetməyə götürməyi planlaşdırır.
"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu milli iqtisadiyyat naziri Serik Jumanqarin bildirib.
"Tanınmış Vyetnam şirkəti “Saviko Group” bizdən “Qazaq Air” aviaşirkətini alıb, indi burada inkişaf edəcək. Bir müddət əvvəl şirkət nümayəndələri buraya gəldi, mən onunlarla görüşdüm. Şirkət, bundan əlavə, hava limanı almağı və ya idarəetməyə götürməyi nəzərdən keçirir. Çünki aviaşirkət üçün istənilən halda baza hava limanı olmalıdır", - nazir bildirib.
S.Jumanqarin həmçinin qeyd edib ki, "Vyetnam şirkəti sürətlə inkişaf edir və beynəlxalq aviaşirkətlərlə çox yaxşı müqavilələri var. Bizim Vyetnamdan öyrənəcəyimiz şeylər var".