RU

Təhlükəli cinayətkar səhvən həbsxanadan buraxıldı

Fransada bir həftəyə yaxındır, həbsxanadan səhvən buraxılan cinayətkar axtarılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fiqaro" qəzeti Bordo şəhər Prokurorluğuna (Fransanın cənub-qərbində yerləşən liman şəhəri - red.) istinadən yazıb.

Məlumata görə, xüsusilə təhlükəli zorakılıq cinayətinə görə 11 il cəza çəkən 25 yaşlı gənc Fransadan Mərakeşə deportasiya edilməli olan digər məhbusun əvəzinə Qradinyan kommunası həbsxanasından azad edilib. Həbsxana rəhbərliyi məhbusların oxşar adlarını qarışdırıb.

Hazırda hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır. Cinayətkar axtarışa verilib və onun barəsində Avropa İttifaqının bütün ölkələrində qüvvədə olan həbs qərarı verilib.

Избранный
0
7
bakivaxti.az

10Источники