Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 10 ümumtəhsil müəssisəsində mövcud istilik sistemlərinin kombi ilə əvəz olunması ilə bağlı elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarında bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 102 945 AZN olub.
Cabir
Tarix: 6 May 2025, 08:43