RU

Avropada ölümcül göbələk yayıla bilər

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İqlim dəyişikliyi səbəbindən bütün Avropada ölümcül göbələk yayıla bilər.

Bu barədə Oxu.Az "Independent" nəşrinə istinadla xəbər verir.

Mançester Universitetinin əməkdaşlarının apardıqları yeni araşdırmaya əsasən, "Aspergillus fumigatus" növlü ölümcül göbələk infeksiyaları insanlarda ağır tənəffüs sistemi xəstəlikəri yarada bilər.

Proqnozlara görə, bu cür göbəklərin yayılma zonası qlobal istiləşməyə görə 2100-cü ilədək 77 faiz arta bilər.

Bu, təkcə Avropa qitəsində doqquz milyona yaxın insanın sağlamlığı üçün təhlükə yaradacaq.

Bu mikroorqanizmlər xroniki ağciyər xəstəlikləri, immun çatışmazlığı olan insanlar üçün xüsusi təhlükə yaradırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
3
icma.az

3Источники