RU

Pulitzer mükafatının qalibləri elan edildi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-nin Pulitzer mükafatının təşkilat komitəsi Nyu-Yorkdakı Kolumbiya Universitetində mükafat qaliblərini açıqlayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, "İctimai xidmətə görə" kateqoriyasında Nyu-Yorkda yerləşən və jurnalist araşdırmaları ilə məşğul olan "ProPublica" qeyri-kommersiya təşkilatı qalib olub. Mükafat ABŞ-də abortun qismən qadağan edilməsinin nəticələri ilə bağlı reportaja görə verilib.

"The Washington Post" qəzetinin jurnalistləri "Prezidentliyə namizəd Donald Trampa 13 iyul 2024-cü ildə edilən sui-qəsd cəhdinin operativ işıqlandırılması"na görə mükafata layiq görülüblər.

"The Wall Street Journal" qəzetinin əməkdaşları "Yerli reportaj" kateqoriyasında mükafat qazanıblar.

"The New York Times" jurnalisti Deklan Uolş və həmkarları isə Sudan münaqişəsi ilə bağlı "ifşaedici araşdırma"ya görə "Xarici reportaj" kateqoriyasında qalib olublar.

Qeyd edək ki, Pulitzer mükafatı hər il Nyu-Yorkda təqdim olunur. Bu il mükafat 109-cu dəfə öz sahiblərini tapıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
0
1
icma.az

2Источники