AZ

Pulitzer mükafatının qalibləri açıqlandı

109-cu Pulitzer mükafatının qalibləri elan olunub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Nyu-Yorkdakı Kolumbiya Universitetində baş tutub.

* "İctimai xidmətə görə" kateqoriyasında Nyu-Yorkda yerləşən və jurnalist araşdırmaları ilə məşğul olan "ProPublica" qeyri-kommersiya təşkilatı ABŞ-da abortun qismən qadağan edilməsinin nəticələri ilə bağlı reportaja görə qalib olub.

* "The Washington Post" qəzetinin jurnalistləri isə "Prezidentliyə namizəd Donald Trampa 13 iyul 2024-cü ildə edilən sui-qəsd cəhdinin operativ işıqlandırılması"na görə mükafata layiq görülüblər.

* "The Wall Street Journal" qəzeti də qaliblər sırasındadır. Belə ki, qəzetin əməkdaşları "Yerli reportaj" kateqoriyasında mükafatın sahibi olublar.

Seçilən
0
1
publika.az

2Mənbələr