İran 1200 km mənzilli yeni “Ghassem Basir” ballistik raketini uğurla sınaqdan keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə İslam Respublikasının müdafiə naziri Əziz Nəsirzadə IRIB telekanalına müsahibəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, raket 1200 km-dən çox məsafədən buraxılıb: “O, hədəfləri dəqiq aşkar edib vurmağa qadirdir, həmçinin müdaxilələrə davamlıdır”.
Nəsirzadə vurğulayıb ki, İran əhəmiyyətli raket ehtiyatına malikdir və ona qarşı təcavüz baş verərsə, onlardan tərəddüd etmədən və dərhal istifadə etməyə hazırdır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта