İran 1200 km mənzilli yeni ballistik raketini uğurla sınaqdan keçirib.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının müdafiə naziri Əziz Nəsirzadə məlumat yayıb.
Onun sözlərinə görə, raket 1200 km-dən çox məsafəni qət edir, o, hədəfləri dəqiq aşkar edib vurmağa qadir, həmçinin müdaxilələrə davamlıdır.
Nəsirzadə vurğulayıb ki, İran əhəmiyyətli raket ehtiyatına malikdir və ona qarşı təcavüz olarsa, tərəddüd etmədən onlardan istifadə edəcək.
Telegram kanalımız