RU

Rumıniya baş naziri istefa verdi

Rumıniyanın baş naziri Marçel Çolaku Sosial Demokrat Partiyasının şurasının iclasından sonra istefa verdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Çolaku “Partiya həmkarlarıma koalisiyadan çıxmağı təklif etmişəm ki, bu da mənim baş nazir vəzifəsindən istefa verməyimlə nəticələnəcək” deyə qeyd edib.

Baş nazirin sözlərinə görə, prezident seçkilərinin ikinci turundan sonra yeni çoxluq formalaşdıqdan sonra hazırkı nazirlər müvəqqəti olaraq vəzifələrini icra edəcəklər.

Natiq Səlim,
KONKRET.az

Избранный
0
4
konkret.az

5Источники