İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında yenidən yanğın baş verib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Qeyd olunur ki, bir saat öncə şirkət binasında texnika alovlanıb, daha sonra yanğın limana keçib.
Xatırladaq ki, aprelin 26-da Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 100 nəfərdən çox olub.