RU

Trampdan İran açıqlaması: Tamamilə ləğv olunmasını istəyirəm

BAKI, 5 may. TELEQRAF

İranla danışıqların məqsədi Tehranın nüvə proqramını tamamilə ləğv etməkdir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində deyib.

“Tamamilə ləğv. Bəli, qəbul edəcəyim yeganə şey budur”, - Amerika lideri müvafiq suala cavabında bildirib.

Həmçinin o, əlavə edib: “Mən İranın uğurlu, böyük və heyrətamiz olmasını istəyirəm. Onların sahib ola bilməyəcəyi yeganə şey nüvə silahıdır. Əgər başqa uğurlar qazanmaq istəyirlərsə, bu, yaxşıdır, mən də onların çox uğur qazanmasını istəyirəm. Mən sadəcə onların nüvə silahına sahib olmasını istəmirəm, çünki bu zaman dünya məhv olardı”.

Donald Tramp İranın mülki nüvə proqramına malik olmasını dəstəkləyən arqumentləri eşitməyə açıq olduğunu açıqlayıb.

Избранный
0
teleqraf.com

1Источники