RU

Kreml: Putin-Tramp görüşü zərurətdir

Kreml hesab edir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş tələb olunur.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu görüş yaxşı hazırlanmalıdır: "Belə bir görüş açıq şəkildə hər kəsin dilindədir. Bir çox cəhətdən bunun təbii ki, zəruri olduğuna inanırıq. Bu görüş müvafiq şəkildə hazırlanmalı və bunun üçün müxtəlif ekspert səviyyələrində səylər lazımdır.

Moskva ilə Vaşinqton arasında başlanmış və hazırda davam edən təmaslar davam tələb edir. Bu məsələ ilə bağlı hələlik heç bir konkretlik yoxdur".

Xatırlada ki, ABŞ lideri may ayının ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı Putinlə mümkün görüşü nəzərdən keçirəcəyini bildirmişdi. Peskov qeyd edib ki, Putinin qrafikində Yaxın Şərqə hər hansı təcili səfəri yoxdur.


Telegram kanalımız
Избранный
0
4
yenisabah.az

5Источники