AZ

Kreml Putin-Tramp görüşünü zəruri hesab edir

Kreml

Kreml hesab edir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş tələb olunur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu görüş yaxşı hazırlanmalıdır.

"Belə bir görüş açıq şəkildə hər kəsin dilindədir. Bir çox cəhətdən biz bunun təbii ki, zəruri olduğuna inanırıq. Bu görüş müvafiq şəkildə hazırlanmalıdır və bunun üçün müxtəlif ekspert səviyyələrində səylər lazımdır. Bu, Moskva ilə Vaşinqton arasında başlanmış və hazırda davam edən təmasların davam etdirilməsini tələb edir. Bu məsələ ilə bağlı hələlik heç bir konkretlik yoxdur", - Kremlin sözçüsü Trampın Səudiyyə Ərəbistanında Putinlə görüşünün mümkün olub-olmayacağı ilə bağlı suala cavabında deyib.

Qeyd edək ki, ABŞ lideri may ayının ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı Putinlə mümkün görüşü nəzərdən keçirəcəyini bildirmişdi. Peskov qeyd edib ki, Putinin qrafikində Yaxın Şərqə hər hansı təcili səfəri yoxdur.

Seçilən
0
4
xalqcebhesi.az

5Mənbələr