Bu ilin birinci rübündə Azərbaycan Dəmir Yolları QSC vasitəsilə 40 807 TEU konteyner yük daşınıb.
İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisinə nisbətən 14 129 TEU və ya 53% çoxdur.
Qeyd edək ki, 2024-cü ildə 26 678 TEU konteyner yük daşınıb.