Bakı, 5 may, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) konteyner daşımalarını 50 faizdən çox artırıb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, cari ilin birinci rübündə 40 min 807 TEU konteyner yük daşınıb.
Bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisinə nisbətən 14 min 129 TEU və ya 53 faiz çoxdur.