RU

Azərbaycanda əczaçılıq sənayesinə həsr olunmuş ilk beynəlxalq tədbir keçirilir

Bu gün Bakıda Səhiyyə Nazirliyinin, Macarıstanın Azərbaycandakı səfirliyinin və “Scandens” əczaçılıq şirkətinin birgə təşkilatçılığı ilə “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə yerli və xarici qonaqlar daxil olmaqla, 300-ə yaxın iştirakçı bir araya gəlib.

Tədbirin əsas məqsədi ölkədə əczaçılıq sektorunun mövcud vəziyyətini təhlil etmək, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirmək, tibb və əczaçılıq təhsili sahəsində yeni çağırışları müəyyənləşdirməkdir.

Qeyd edək ki, bu, ölkəmizdə əczaçılıq sənayesinin inkişafına və xarici tərəfdaşlarla təcrübə mübadiləsinə həsr olunmuş ilk beynəlxalq tədbirdir.

Избранный
0
yeniazerbaycan.com

1Источники