RU

Azərbaycan və Macarıstan arasında sıx əlaqələr qurulub - Səfir

Bakı. Trend:

Azərbaycan və Macarıstan arasında sıx əlaqələr qurulub.

Trend xəbər verirki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıdakeçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bügün və sabah”mövzulu beynəlxalq konfransı çərçivəsində bildirib.

“Bu tərəfdaşlıq bütün səviyyələrdə hiss olunur – mən bunu hərbir Azərbaycan vətəndaşı ilə söhbətimdə eşidirəm. Bizim aramızdahəqiqətən möhkəm dost əlaqələri var, və əczaçılıq sahəsi buçoxşaxəli əlaqəni aydın şəkildə əks etdirir.”, -deyə səfirbildirib.

O məhz macar əczaçılıq şirkətinin müstəqil Azərbaycanda ilknümayəndəliyi açılmış əczaçılıq şirkəti olduğunu xatırladıb.

“Macarıstan Azərbaycana dərman vasitələrinin tədarükünü 1993-cüildən bəri həyata keçirir. 1997-ci ildə “Gedeon Richter” şirkətiAzərbaycanda nümayəndəliyini açmış ilk xarici əczaçılıq şirkətinəçevrilib.”, -deyə səfir bildirib.

O həmçinin Macarıstanın “Egis” şirkəti 2020-ci ildə Qarabağmüharibəsinin gedişi zamanı Azərbaycanlı əsgərlərə dərman ianəetdiyini xatırladıb.

“Macarıstanın “Egis” şirkətinin Qarabağ müharibəsi dövründəAzərbaycan cəmiyyəti və hərbçilərinin ehtiyacları üçün dərmanvasitələri təqdim etməsindən qürur duyuram,” – deyə Torma əlavəedib.

Diplomat həmçinin vurğulayıb ki, bu gün keçirilən konfransformatına görə unikal xarakter daşıyır. Əsas istiqamətlərdən biriMacarıstanın kiçik və orta əczaçılıq müəssisələrini birləşdirən vəyalnız istehsalla deyil, elmi-tədqiqat fəaliyyəti ilə də məşğulolan “Pannon Pharma” şirkəti ilə əməkdaşlığın inkişafetdirilməsidir.

“Kiçik və orta biznesin bu əməkdaşlıq modeli xüsusiləmaraqlıdır. Hazırda “Scandens Pharmaceuticals”, Azərbaycan TibbUniversiteti, “Pannon Pharma” və Macarıstanın 650 ildən çox tarixiolan ən qədim ali məktəblərindən biri – “Peç Universiteti birgətədris proqramı üzərində çalışır. Bu proqram əczaçılıq sahəsi üçünmütəxəssislərin hazırlanmasını nəzərdə tutur,” – deyə səfir qeydedib.

Məqalədə:
Избранный
0
1
az.trend.az

2Источники