AZ

Azərbaycan və Macarıstan arasında sıx əlaqələr qurulub - Səfir

Bakı. TurkicWorld:

Azərbaycan və Macarıstan arasında sıx əlaqələr qurulub.

TurkicWorld xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bügün və sabah” mövzulu beynəlxalq konfransı çərçivəsində bildirib.

“Bu tərəfdaşlıq bütün səviyyələrdə hiss olunur – mən bunu hər bir Azərbaycan vətəndaşı ilə söhbətimdə eşidirəm. Bizim aramızda həqiqətən möhkəm dost əlaqələri var, və əczaçılıq sahəsi bu çoxşaxəli əlaqəni aydın şəkildə əks etdirir.”, -deyə səfir bildirib.

O məhz macar əczaçılıq şirkətinin müstəqil Azərbaycanda ilk nümayəndəliyi açılmış əczaçılıq şirkəti olduğunu xatırladıb.

“Macarıstan Azərbaycana dərman vasitələrinin tədarükünü 1993-cü ildən bəri həyata keçirir. 1997-ci ildə “Gedeon Richter” şirkəti Azərbaycanda nümayəndəliyini açmış ilk xarici əczaçılıq şirkətinə çevrilib.”, -deyə səfir bildirib.

O həmçinin Macarıstanın “Egis” şirkəti 2020-ci ildə Qarabağ müharibəsinin gedişi zamanı Azərbaycanlı əsgərlərə dərman ianə etdiyini xatırladıb.

“Macarıstanın “Egis” şirkətinin Qarabağ müharibəsi dövründə Azərbaycan cəmiyyəti və hərbçilərinin ehtiyacları üçün dərman vasitələri təqdim etməsindən qürur duyuram,” – deyə Torma əlavə edib.

Diplomat həmçinin vurğulayıb ki, bu gün keçirilən konfrans formatına görə unikal xarakter daşıyır. Əsas istiqamətlərdən biri Macarıstanın kiçik və orta əczaçılıq müəssisələrini birləşdirən və yalnız istehsalla deyil, elmi-tədqiqat fəaliyyəti ilə də məşğul olan “Pannon Pharma” şirkəti ilə əməkdaşlığın inkişaf etdirilməsidir.

“Kiçik və orta biznesin bu əməkdaşlıq modeli xüsusilə maraqlıdır. Hazırda “Scandens Pharmaceuticals”, Azərbaycan Tibb Universiteti, “Pannon Pharma” və Macarıstanın 650 ildən çox tarixi olan ən qədim ali məktəblərindən biri – “Peç Universiteti birgə tədris proqramı üzərində çalışır. Bu proqram əczaçılıq sahəsi üçün mütəxəssislərin hazırlanmasını nəzərdə tutur,” – deyə səfir qeyd edib.

Seçilən
0
1
turkic.world

2Mənbələr