RU

Çində turistləri daşıyan qayıqlar batdı, ölən və yaralananlar var

Vətəninfo.az xəbər verir ki, Çinin cənub-qərbində güclü külək səbəbindən turistləri daşıyan qayıqların batması nəticəsində azı 9 nəfər həyatını itirib, 70 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə bazar günü günortadan sonra Quizhou əyalətinin Qianxi şəhərində baş verib.

CCTV-nin yaydığı məlumata görə, 4 nəfər xilas edilib, 1 nəfər isə hələ də itkin düşmüş sayılır. Hadisənin ardından Çin prezidenti Şi Cinpin yaralıların müalicəsi, axtarış-xilasetmə əməliyyatlarının aparılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün aidiyyəti qurumlara göstəriş verib. Baş nazirin müavini Zanq Quoqinq də xilasetmə işlərinə nəzarət etmək məqsədilə hadisə yerinə göndərilib.

İlkin araşdırmalara əsasən, qayıqların sərnişin tutumunu aşmadığı müəyyən olunub.

Избранный
0
veteninfo.az

1Источники