RU

İran qonşusunu hədələdi: Azərbaycanı, yoxsa Ermənistanı?

“Amerika İranı təhdid edə bilməz, çünki onların regiondakı bazaları bizim nəzərimizdədir”. 

“Cebheinfo.az” “Mehr”-ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə deyib. 

İranlı nazir yerli istehsal olan “Qasim Bəsir” raketinin nümayişi zamanı bu xəbərdarlığı edib: 

“Bizə hücum olunarsa və ya bizi müharibəyə məcbur etsələr, güclə cavab verəcəyik. Biz onların maraqlarına və bazalarına hücum edəcəyik və bununla bağlı özümüzə heç bir məhdudiyyət qoymayacağıq”.

Nazir “Biz qonşu ölkələrlə düşmən deyilik və onlar bizim qardaşlarımızdır, lakin onların ərazisindəki Amerika bazaları bizim hədəfimizə çevriləcək”,-deyə vurğulayıb.

İran qonşu ölkələr dedikdə, konkret kimi nəzərdə tutduğunu açıqlamayıb. Ancaq Qərbi Zəngəzurda ABŞ-nin hərbi baza qurmaq imkanı barədə məlumatların yayılmasını nəzərə alsaq, hədənin rəsmi İrəvana yönəldiyini düşünmək olar.

Избранный
0
cebheinfo.az

1Источники