RU

Azərbaycanda 4 ayda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 26 % az icra edilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edib.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 26,4 % az icra edilib.

Bundan başqa, 4 ay ərzində büdcəyə sair daxilolmalar 182,3 milyon manat olub. Bu isə proqnozdan 22,4 % çoxdur.

Избранный
0
2
report.az

3Источники