RU

Tramp Putinlə may ayında görüşə bilər

ABŞ Prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər.

Xezerxeber.az xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı Ər-Riyada planlaşdırılan səfəri zamanı Vladimir Putinlə görüşüb-görüşməyəcəyi barədə jurnalistlərin sualını cavablandıran zaman bunu düşünəcəyini deyib.

Bir müddət öncə, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus Ukrayna böhranının həlli məsələsində Rusiya və ABŞ liderləri arasında ünsiyyətin zəruri olduğunu bildirib.

Donald Tramp və Vladimir Putin martın 18-də telefon danışığı zamanı Ukrayna müharibəsində 30 günlük atəşkəs, gərginliyin qarşısının alınması şərtləri və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Rusiya prezidenti amerikalı həmkarının münaqişə tərəflərinin enerji infrastrukturu obyektlərinə zərbələr endirməmək təklifi ilə razılaşıb.

Qeyd edək ki, ABŞ dövlət başçısı daha əvvəl mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırdığı Yaxın Şərq səfərindən sonra Rusiya lideri ilə görüşəcəyini istisna etməmişdi.

Избранный
0
3
xezerxeber.az

4Источники