RU

Oskar Piastri 1998-ci ildən bəri ardıcıl üç Qran-pri qazanan ilk "Maklaren" pilotu olub

Oskar Piastri 1998-ci ildən bəri ardıcıl üç Qran-pri qazanan ilk "Maklaren" pilotu olub.

"Report" "Formula 1"in saytına istinadən xəbər verir ki, bu, avstraliyalı sürücünün ötən gün Mayami Qran-prisinin qalibi olması sayəsində reallaşıb.

O, ardıcıl üçüncü dəfə Qran-prinin qalibi olmaqla "Uokinq" komandasının sabiq sürücüsü Mika Hakkinenin rekordunu təkrarlayıb. Finlandiyalı sürücü 1997-ci ildə Avropa Qran-prisini qazanıb. 1998-ci ilin əvvəllərində isə Avstraliya və Braziliyada keçirilən yarışları birinci pillədə bitirib.

Qeyd edək ki, bu qələbə O.Piastri üçün cari mövsümdə dördüncü, karyerasında isə altıncı olub.

Избранный
0
2
report.az

3Источники