Oskar Piastri 1998-ci ildən bəri ardıcıl üç Qran-pri qazanan ilk "Maklaren" pilotu olub.
Bu, avstraliyalı sürücünün ötən gün Mayami Qran-prisinin qalibi olması sayəsində reallaşıb.
O, ardıcıl üçüncü dəfə Qran-prinin qalibi olmaqla "Uokinq" komandasının sabiq sürücüsü Mika Hakkinenin rekordunu təkrarlayıb. Finlandiyalı sürücü 1997-ci ildə Avropa Qran-prisini qazanıb. 1998-ci ilin əvvəllərində isə Avstraliya və Braziliyada keçirilən yarışları birinci pillədə bitirib.
Qeyd edək ki, bu qələbə O.Piastri üçün cari mövsümdə dördüncü, karyerasında isə altıncı olub.