RU

Prezident İlham ƏliyevƏmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayırıb

Bakı. Trend:

Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmamməscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsaitayrılıb.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Əmircanqəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyatakeçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlətbüdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentininehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İşüzrə Dövlət Komitəsinə 600,0 (altı yüz) min manat vəsait ayrılmalı,Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-cihissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli,Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəligələn məsələləri həll etməlidir.

Избранный
0
13
az.trend.az

10Источники