RU

Ortalıq qarışdı: Avropanın iki ölkəsi birləşə bilər – Yalnız bir yol var

“Moldova tarixində moldovanların köklərinin rumınlarla bağlı olduğu qeyd edilirsə, bu, təbiidir. Çünki moldovanlar və rumınlar etnik və dil baxımından ortaq mənşəyə malikdirlər. Hətta təkcə Moldovada deyil, digər ölkələrdə də rumın mənşəli insanlar yaşayır. Moldovanların rumın kökənlidirlər”.

Bu sözləri Globalinfo.az-a fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli Rusiya hökumətinə yaxın media orqanlarında Moldovanın ərazi bütövlüyünü və varlığını şübhə altına alan informasiyaların yayılması haqda danışarkən deyib.

O bildirib ki, bu fakt moldovanların ayrıca və müstəqil xalq olaraq mövcudluğunu inkar etmək anlamına gəlməməlidir:

“Tarixdə ərəb mənşəli bir çox xalq mövcuddur, amma bir neçə ərəb dövləti var. Eləcə də türk mənşəli xalqlar bir neçə müstəqil dövlətə malikdir. Eyni hal slavyanlar, ispanlar və digər xalqlar üçün də keçərlidir. Heç kim bu xalqların yalnız bir dövlətdə birləşməsini tələb etmir.

Bu səbəbdən moldovanların mövcudluğunu inkar edən, onların müstəqil varlığını sorğulayan informasiyalar daha çox siyasi təxribat xarakteri daşıyır. Belə informasiyalar Moldovaya qarşı yönəlmiş geosiyasi oyunların bir hissəsi ola bilər. Məqsəd Moldova dövlətinin zəiflədilməsi və daxili sabitliyin pozulmasıdır.

faiq

Faiq Ələkbərli

Belə informasiyalar nəticəsində Moldova daxilində gərginlik olsa, bu, xarici güclərin, xüsusilə də Rusiya Federasiyasının müdaxiləsinə zəmin yarada bilər. Rusiya regionda təsir imkanlarını qorumağa çalışır və Moldova üzərində də müəyyən təsir rıçaqları əldə etmək istəyir”.

Ekspert bildirib ki, Moldova müstəqil dövlətdir və gələcəkdə hansı dövlətlərlə ittifaq qurmaq istədiyinə özü qərar verməlidir:

“Məsələn, Moldova Rumıniya ilə yaxınlaşmaq və ya birgə ittifaq qurmaq istəyə bilər. Bu, xalqın iradəsi əsasında referendum yolu ilə müəyyən edilə bilər. Ancaq bu prosesdə problemlər ortaya çıxa bilər. Çünki Moldovada yalnız moldovanlar deyil, digər etnik azlıqlar, məsələn, qaqauzlar da yaşayır. Bu cür etnik müxtəliflik nəzərə alınmadan atılan addımlar daxili narazılıqlara səbəb ola bilər.

Ümumilikdə, Moldovanın gələcəyi onun müstəqil dövlət kimi davranmaq qabiliyyətindən və daxili sabitliyi qorumaq bacarığından asılıdır. Tarixdə bir çox xalqlar bir neçə dövlətdə yaşayıblar və bu normal haldır. Əgər bu məntiqlə yanaşsaq, ingilislərin, ispanların, portuqaliyalıların, türklərin və ərəblərin də yalnız bir dövlətdə yaşaması tələb olunmalı idi, bu isə, əlbəttə, absurddur.

Buna görə də hər bir dövlət, o cümlədən Moldova öz müstəqil varlığını qoruyub saxlamaq üçün diqqətli olmalıdır. Bu, həm də başqa dövlətlərin müdaxilə və ya təzyiqlərinin qarşısını almaq baxımından əhəmiyyətlidir”.

Избранный
0
turkustan.az

1Источники