
2024/25 Misli Premyer Liqası mövsümündə qeydə alınan heç-heçə sayı son 11 ilin rekordunu təzələdi. 33-cü turun yekununda cari mövsümdə qeydə alınan heç-heçələrin ümumi sayı 49-a çatdı və bu nəticə ilə 2015/16 mövsümündəki 47 bərabərliklik rekord göstəricisi geridə qoyuldu. Əvvəlki ən yüksək göstərici isə 2013/14 mövsümündə 50 heç-heçə ilə qeydə alınmışdı.Son turda keçirilən üç qarşılaşma da bərabərliklə başa çatdı: “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” matçı isə 2:2 hesabı ilə nəticələndi. Bu artan heç-heçə sayı, liqada komandalar arasında rəqabətin daha da gücləndiyini və oyunların nəticələrinin əvvəlcədən proqnozlaşdırılmasının çətinləşdiyini göstərir.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Hava Proqnozu 5 May 2025
Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO
Selçuk Bayraktar: “TEKNOFEST bir millətin oyanış hekayəsidir"