RU

Rusiya bütün Ukraynanı istəyir - Tramp » AzadMedia.az



Rusiyanı müharibə zamanı zəbt etdiyi Ukrayna əraziləri artıq qane etmir. Moskva Ukraynanın tamamilə ələ keçirilməsinə çalışır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC Nyus”un “Meet the Press” proqramına müsahibəsində deyib.

Verilişin aparıcısı Kristen Uelker ABŞ prezidentindən Rusiyanın Ukrayna ilə sülh sazişinin bir hissəsi olaraq nədən imtina etməli olduğunu soruşub, Tramp belə cavab verib: “Bütün Ukraynadan”.

"Rusiya bütün Ukraynadan imtina etməli olacaq. Çünki Rusiyanın istədiyi bütün Ukraynadır. Mən müdaxilə etməsəydim, onlar indi bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiya indiki zolağı istəmir. Rusiya bütün Ukraynanı istəyir. Mən olmasaydım, daha da irəli getməyə davam edərdilər", - ABŞ prezidenti bildirib.
Избранный
0
9
azadmedia.az

10Источники