AZ

Trampın etirafı: “Rusiya bütün Ukraynanı almaq istəyir”


“Rusiyanı müharibə zamanı zəbt etdiyi Ukrayna əraziləri qane etmir. Moskva Ukraynanın tamamilə ələ keçirilməsinə çalışır”. Bu barədə ABŞ Prezidenti Donald Tramp NBC News-un “Meet the Press” proqramına müsahibəsində deyib. “Meet the Press”in aparıcısı Kristen Uelker ABŞ prezidentindən Rusiyanın Ukrayna ilə sülh sazişinin bir hissəsi olaraq Ukraynanın nədən imtina etməli olduğunu soruşduqdaTramp “Bütün Ukrayna”dan deyə cavab verdi.
Çünki Rusiyanın istədiyi bütün Ukraynadır. Mən müdaxilə etməsəydim, onlar indi bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiya indiki zolağı istəmir. Rusiya bütün Ukraynanı istəyir. Mən olmasaydım, daha da irəli getməyə davam edərdilər", - deyə ABŞ prezidenti yenə dolaşıq cavab verib.

Surxay Əliyev

Seçilən
0
9
baki-xeber.com

10Mənbələr