RU

BAAU-da “SDG Həftəsi” çərçivəsində dilçiliklə bağlı elmi seminar keçirilib

"SDG Həftəsi" çərçivəsində Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədlərinə (Sustainable Development Goals) həsr edilmiş elmi seminar keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, universitetin konfrans zalında baş tutan tədbirdə BAAU-nun bir qrup professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dos. Zəminə Rüstəmbəyli açaraq tələbələrə tədbirin əhəmiyyətindən söz açıb. Daha sonra çıxış üçün söz BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayevaya verilib. O, tələbələrə geniş şəkildə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM), Dayanıqlı İnkişafın 17 Məqsədi haqqında məlumat verib.

Sonra, söz Nəzəri dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadəyə verilib. Prof. Ə.Tahirzadə Dayanıqlı İnkişafın 4-cü məqsədi “Keyfiyyətli təhsil”ə istinadən dilçiliyin dayanıqlı inkişafını özündə əks etdirən “Azərbaycan dilində elektron resursların yaradılması yolu ilə müasir təhsil sisteminin rəqəmsallaşmasına dəstək vermək” adlı məruzəsi ilə çıxış edib.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzədən sonra suallar cavablandırılıb, müzakirələr aparılıb.

 

 

 

Избранный
0
tehsil.biz

1Источники