RU

Pişik gözəllik yarışması - 26 pişik podiuma çıxdı

Türkiyənin Tokat şəhərində Dünya Baytarlıq Günü münasibətilə pişik gözəllik yarışması təşkil olunub.


Manset.az-ın xarici KİV-dən əldə etdiyi məlumata görə, keçirilən tədbirdə “baxımlı” və “bəzəkli” kateqoriyalar üzrə ümumilikdə 26 pişik podiuma çıxaraq mükafatlandırılıb.

Münsiflər heyəti iştirakçı pişikləri göz, qulaq, pəncə və bədən quruluşuna görə qiymətləndirib.

“Baxımlı” kateqoriyada Fatma Kalpakçının “Badem” adlı pişiyi, “bəzəkli” kateqoriyada isə Elif Dilekoğlunun “Kürabiye” adlı pişiyi birinci yeri tutub.

Qalib pişiklərə medal, yemək və qum hədiyyə edilib. 

Избранный
0
manset.az

1Источники