2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini 28203 şagird bitirib və onların 28115 nəfəri buraxılış imtahanında iştirak edib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında bildirlib.
Ümumilikdə ötən il 28113 şagird attestat alıb.
Attestat alanların 77.61%-i (21819 nəfəri) I – IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 92.48%-i (26000 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.
Ötənilki qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 14225 məzunu (imtahanlarda iştirak edənlərin 54.71%-i) tələbə adını qazanıb. Onların 53.08%-i (7551 nəfəri) dövlət, 3.53%-i (502 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 31.36%-i (4461 nəfəri) dövlət, 12.03%-i (1711 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olub.
Bakı məktəbləri üzrə məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb.
Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub.
Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:
0-100 intervalında 8.24% (1798 nəfər), 100-200 intervalında 23.82% (5197 nəfər), 200-300 intervalında 21.83% (4763 nəfər), 300-500 intervalında 32.03% (6988 nəfər), 500-dən yuxarı 14.08% (3073 nəfər).
Beləliklə, şəhərin abituriyentlərinin yalnız 46.11%-i 300-dən yuxarı bal toplayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта