AZ

Ötən il ən çox qəbul BDU və ADPU-ya olub

Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 14225 məzunu (imtahanlarda iştirak edənlərin 54.71%-i) tələbə adını qazanıb. 

 

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Məlumata görə, onların 53.08%-i (7551 nəfəri) dövlət, 3.53%-i (502 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 31.36%-i (4461 nəfəri) dövlət, 12.03%-i (1711 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olub. 

 

Şəhərin məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb. 

 

Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. 

 

Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 

 

0-100 intervalında 8.24% (1798 nəfər), 100-200 intervalında 23.82% (5197 nəfər), 200-300 intervalında 21.83% (4763 nəfər), 300-500 intervalında 32.03% (6988 nəfər), 500-dən yuxarı 14.08% (3073 nəfər). 

 

Beləliklə, şəhərin abituriyentlərinin yalnız 46.11%-i 300-dən yuxarı bal toplayıb.

 

Firuzə Əliyeva

Sfera.az
 

Seçilən
0
1
sfera.az

2Mənbələr