RU

Monqolustan prezidenti Rusiyaya gəlir



Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux Rusiya Federasoyasına səfər edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, Uxnaaqiyn Xurelsux Rusiya dövlət başçısı Vladimir Putinin dəvəti ilə Moskvada Böyük Vətən Müharibəsində (İkinci Dünya Müharibəsində) Qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirak edəcək. Xəbəri Monqolustan Prezidentinin mətbuat xidməti təsdiq edib.

"Monqolustan Prezidenti Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə 2025-ci il mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirak etmək üçün Moskvaya gedəcək. Səfər zamanı rəsmi görüş keçiriləcək, ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq", - deyə mətbuat xidməti bildiirb.

Səfər zamanı həmçinin, Monqolustan Xalq Respublikası (MXR) və Monqolustanın Əmək Qəhrəmanı adlarına layiq görülmüş SSRİ və Rusiya Federasiyası vətəndaşlarının nümayəndələri ilə də görüş nəzərdə tutulub. Uxnaaqiyn Xurelsux həmçinin Moskvada "Müharibə yollarında" monqol atlarının abidəsi önünə gül dəstələri qoyacaq.

Mehman Mehdiyev
Избранный
0
newscenter.az

1Источники